`Ermənilər türk əsilli millətdir` - Azərbaycanlı tədqiqatçı


14:15     25 Yanvar 2017 eziz5.JPG


Femida.az tədqiqatçı alim, AMEA-nın aparıcı elmi işçisi Əziz Ələkbərli ilə müsahibəni oxuculara təqdim edir:

Bəzən mediada İrəvan adını `Yerevan` kimi yazırlar. Bu sözün etimologiyası doğrudanmı Rəvan sözündədi?

Əvvəla, erməni mənbələri ilə işləyən bir adam kimi onu deyim ki, bizdə maraqlı bir kompleks yaranıb, ermənilər, erməni mənbələri nə deyirsə, biz mütləq onun əksinə getməliyik. Halbuki bu, kökündən yanlış bir metodologiyadır. Ermənilər tərəfindən nə qədər saxtalaşdırılsa da (biri bir qədər çox, biri bir qədər az), bəzi tarixi həqiqətlər məhz həmin mənbələrdə qorunub saxlanıb. Çünki həmin mənbələr bizim öz əcdadlarımız tərəfindən yazılmış, 16-17-ci yüzillərdə kilsələrin hücrələrində erməni kilsə dilinə – qrabara çevrilərək əsli gizlədilmiş və ya məhv edilmiş türk – oğuz-qıpçaq yazılı mənbələridir.

İrəvan toponimi də elədir. Erməni deyirsə ki, İrəvanın tarixi qədimdir və 1968-ci ildə onun 2750 illik yubileyini qeyd etmək istəyibsə, biz mütləq sübut etməliyik ki, yox, İrəvanın cəmi 500 illik tarixi var və bunu 1501-ci ildə Şah İsmayılın öz vəziri Rəvanqulu xana bu yerdə qala tikmək barədə göstəriş verməsi ilə bağlamalıyıq. Doğrudur, İrəvan adı ilə Rəvan adı arasında danılmaz bir oxşarlıq var. Amma bu oxşarlıq “Erebuni” adı ilə “Ereban” arasında da var, axı. Hansı toponimdə bir “van” varsa, onun bir “ban” ekvivalenti də var, axı. Digər tərəfdən, bəzi tədqiqatçılar deyir ki, Erebuni qalası İrəvan qalasından bir qədər aralı olub, İrəvan şəhəri böyüyəndə onun içində qalıb. Soruşuram, nə qədər aralı olub, 100 metr, 1 kilometr?

Yaddan çıxarmayaq ki, Əmir Teymurun yaxın adamlarından olan Xacə xan Lahicani 1407-1408-ci illərdə burada düyü əkini ilə məşğul olaraq o qədər var-dövlət qazanmışdı ki, hətta şəhər saldırmışdı. Hələ bu bir yana. Xatırladıram ki, Qaraqoyunlu dövlətinin Çuxur-Səd vilayətinin əmiri Əmir Səd 1411-ci ildə dünyasını dəyişəndən sonra onun oğlu Rir Hüseyn 1413-cü ildə atasının məzarı üstündə təxminən 15 metr hündürlüyündə möhtəşəm bir türbə ucaltmışdı. Səkkizguşəli bu türbənin 22 metr uzunluğunda kəmərvari kitabəsi vardır. Sizcə, böyük bir vilayətin əmirinin məzarı çöllükdəmi yerləşirdi və ya bu nəhənglikdə türbə düzənlikdəmi ucaldılmışdı? Təbii ki, deməli, hələ o vaxt bu yer vilayətin mərkəzi idi və deməli, ən azı, Şah İsmayılın əmri ilə Rəvan qalası boş ərazidə tikilməmişdi və deməli, ən azı, İrəvanın əsası 1501-ci ildə qoyulmamışdır.

Yaxşı, bəs əslində məsələ necədir? Əslində, bir var Ereban/Erevan tarixi yaşayış məntəqəsi, bir də var Rəvan qalası. Bəli, Rəvan qalasını Rəvanqulu xan tikdirib və o qalanın 500 illik tarixi var. Amma Erevanın tarixi daha qədimdir və qədim Türk şəhəridir. Xatırladım ki, nə İrəvanda, nə də ətraf bölgələrdə yerli camaat, yəni Azərbaycan türkləri heç vaxt İrəvan deməyib, hamı Erevan deyib ki, bu da tarixi Ereban//Erebuni adına tam uyğun gəlir.

O ki qaldı adın etimologiyasına, bu barədə mərhum Cəfər Cəfərovun öz izahı var, professor Firudin Ağasıoğlunun öz izahı, mənim də öz izahım və s. Şəxsən mənim fikrimə görə, Erebuni adı Er-bi-uni şəklində “Ərlər boyunun yurdu” kimi izah olunmalıdır. Er – ər, bi – boy, uni – urartu dilində “ölkə” deməkdir. Mən bu izahımda ona görə israrlıyam ki, tarixi Azərbaycan ərazisinin ilkin sakinləri Ərlər boyu olub və bu coğrafiyadakı bütün ölkə adlarında bu boyun adı keçir: Qarqar//Xarxar, Ararat, Arman, Alban, Aran – hamısı Ərlər boyunun adını yaşadır.

Ermənilərin dədə-baba torpağı varmı? Varsa, haradır?

Bu suala doğru cavab vermək üçün öncə dəqiqləşdirməliyik ki, ermənilər kimdir. Bu gün erməni dediyimiz millət, əslində, ermənilər deyil, haylardır. O başqa məsələ ki, onların tərkibində haylaşmış albanlar, ermənilər (ərmənlər), qaraçılar, kürdlər, farslar, ərəblər, yunanlar və s. var. Amma fakt budur ki, həmin xalqların nümayəndələri öz etnik kimliyini itirib, haylaşıblar. O cümlədən, ermənilər. Əslində tarixi ermənilər islamı qəbul etməmiş, xristianlığını saxlamış türklərdir, daha çox qıpçaq türkləridir. Ona görə də bugünkü ermənilər etnik cəhətdən yekcins millət deyil, onların damarlarında regionun bütün xalqlarının qanı axır, ən çox da qıpçaq türklərinin. Onlar etnik toplum yox, kilsə ətrafına yığılmış dini toplumdur. Görürsünüzmü, hələ də onları kilsə idarə edir. Hayların, yəni şərti olaraq indiki ermənilərin Cənubi Qafqaza gəlişi 1431-ci ildən başlayır. Həmin tarixdə erməni kilsəsi üçün indiki Eçmiədzin ərazisi pulla satın alınıb və 1441-ci ildə erməni kilsəsi bura köçürülüb. Qafqazın erməniləşdirilməsi (haylaşdırılması) prosesi həmin tarixdən başlayır, bu tarixdən əvvəldə Qafqazda hay axtaranlar erməni dəyirmanına su tökənlərdir, onsuz da heç nə tapmayacaqlar. Burada bir sual doğa bilər: haylaşmış ermənilər bu ərazilərin qədim sakinləri deyillərmi? Cavab birmənalıdır: onlar etnik kimliklərini itirib, başqa millətə çevrildikləri üçün çevrildikləri millətin, yəni hayların tarixinin və mədəniyyətininin daşıyıcıları və varisləridirlər. Onlar haylıqdan imtina edib, öz tarixi etnik kimliklərinə – türklüklərinə qayıdacaqları təqdirdə Azərbaycan türklərinə mənsub hər şeyə ortaq olmaq hüququ qazana bilərlər. Azərbaycan dövləti bu gün onlara bu şansı verməlidir. Mən inanıram ki, xüsusilə 19-cu yüzilin ortalarında zorla, hiylə ilə haylaşdırılan albanların və ermənilərin varisləri içərisində öz türk – oğuz və qıpçaq kökünə qayıtmaq istəyənlər tapılacaq. Siz bilirsinizmi bugünkü ermənilər niyə böyük həvəslə dünyanın hər yerinə çıxıb gedirlər? Bəlkə də özləri hiss eləmir, bəlkə də fərqinə varmırlar, amma onlar hay olunmaqdan, zorla bu qədər pis bir varlığa döndərilməkdən beziblər, ruhları yorulub, buralardan uzaqlaşmaq, bugünkü ermənilikdən qaçmaq, bir az insan olmaq, rahat yaşamaq istəyirlər.

Qarabağda bir çox kilsələr var. Bunlar alban kilsələridir. Ermənilərsə iddia edir ki, bu erməni kilsəsidir. Əslində bu xristianlığı qəbul etmiş türklərin kilsəsi ola bilərmi?

Nə Qarabağda, nə Qərbi Azərbaycanda (indiki Ermənistanda), nə də Cənubi Qafqazın hər hansı bir yerində 15-ci yüzilə qədər heç bir hay dini və mülki tikilisindən söhbət gedə bilməz. Bunlar hamısı ərmən-qıpçaq, alban-oğuz məbədləridir. Bizim ən böyük səhvimiz ondadır ki, biz Qafqazın xristian tarixinə və mədəniyyətinə sahib çıxa bilmirik. Müsəlman təəssübkeşliyimiz, müsəlman qürurumuz buna imkan vermir. Halbuki bu mədəniyyət bizim babalarımızın, nənələrimizin yaratdığı mədəniyyətdir, Türk mədəniyyətidir, Azərbaycan mədəniyyətidir.

Bildiyimiz qədərilə, hay ayrı, erməni ayrı toplumdur. Lakin daha sonradan qarışıblar. Mümkündürsə, bizə hay və ermənilərin fərqini izah edərdiniz. Bu gün haylarla qarışmayan erməni var?

Bu suala elə bilirəm ki, artıq xeyli cavab verdim. Sualınızın son cümləsinə gəldikdə isə, bəli, deyilənə görə, indi Rusiya, Ukrayna ərazisində elə qıpçaq kəndləri var ki, türkcə danışırlar və deyirlər ki, biz erməniyik və bu dil bizim ana dilimizdir, erməni dilidir. Mən eşitdiyimi deyirəm. Professor Aleksandr Karkavetsin üç cilddə “Qıpçaq-erməni yazılı mətnləri” çap olunub. Mətnlər hamısı qıpçaq dilində və erməni əlifbasındadır. Mesrop Maştosun qıpçaq türkləri – ermənilər üçün yazdığı əlifbada.

Erməni və türklər eyni kökdənmi gəlir?

Yenə qayıdıram söhbətimizin əvvəlinə: siz tarixi erməniləri – xristian qıpçaq türklərini nəzərdə tutursunuz, yoxsa bugünkü erməniləri – hayları? Birinci təqdirdə – hə, ikinci təqdirdə – yox.

Ermənilər iddia edir ki, daima sürgünlərdə olublar, bir yerdən digərinə köçüblər. Daimi yaşadığı yer olmayan bir xalqın mətbəxi ola bilərmi?

Ermənilərin daima sürgünlərdə olmaları boş söhbətdir. Deportasiyalara, sürgünlərə ən çox məruz qalan türklərdir, bizik. Ermənilər öz tarixi kinlikləri, nifrətləri, paxıllıqları, çürük ambisiyaları üzündən, doğrudur, müəyyən məhrumiyyətlərə məruz qalıblar. Həm də, başqa qürurlu xalqlardan fərqli olaraq, bunu alver vasitəsinə çeviriblər. “Anamı, qardaşımı vur öldür ki, dünyaya sübut edə bilim ki, sən qatilsən” – erməni xisləti budur!

O ki qaldı mətbəx məsələsinə, bunda bir az ehtiyatlı olmaq lazımdır. Hər xalqın, hətta hər bölgənin öz mətbəxi var. Tarixi ermənilər – xristian qıpçaq türkləri haylaşarkən öz mətbəx vərdişlərini özləri ilə götürüb, hayların içinə daxil olublar. Deməli, dünən qıpçaq və ya oğuz türkü, bu gün hay olan Qareginin anası dünən bişirdiyi xörəyi bu gün də bişirəcək. Bu, oğurluq olmadı ki. İndiki ermənilər hibrid millət olduğu üçün hibrid də mədəniyyətə malikdirlər, əgər damarlarında 72 millətin qanı axırsa, süfrələrində də 72 millətin yemək nümunəsi olacaq, buna normal baxmaq lazımdır. Görürsünüzmü, ermənilərin Azərbaycan musiqisinə marağı nə qədərdir? Bu, onlardan asılı deyil, bu gendən gəlir. Əgər bu gün bir azərbaycanlı bir erməni mahnısı oxusa, hərçənd ki, oxumaz, adamlar ona çox pis baxar, çünki bizim qanımızda, genimizdə o şeyə meyl yoxdur.

Sarı gəlin erməni qızıdır?

Sarı gəlin xristian qıpçaq türk qızıdır. Bu gün harada qıpçaq türklərinin varisləri yaşayırsa, orada “Sarı gəlin”in variantı var. Amma haylaşmış ermənilər arasında bu mahnının tarixi hay variantı yoxdur, həmişə türkcə oxuyublar, son zamanlar quraşdırdıqları saxtadır. Bu da həmin ermənilərin öz etnik mənsubiyyətlərindən tamamilə qoparıldıqlarının, haylaşdırıldıqlarının bir göstəricisidir.

Varazın atası Vardan, Vardanın atası Varsken. Necə olur ki bu nəslin davamçısının adı birdən-birə Cavanşir olur?

Bu suala qeyri-ciddi cavab versəydim, deyərdim ki, necə olur bu gün Azərbaycanda Hüseynin, Həsənin, Bəxtiyarın və b. uşaqlarının adı Alfred və s. olur, amma Varazın, Vardanın oğlu Cavanşir olmur? Amma ciddi cavab versək, burda qeyri-adi heç nə yoxdur. Əvvəla, Varaz da, Vardan da, Vasak da alban-türk adıdır. Cavanşirin hakimiyyət illəri isə, çox qarışıq bir dövrə təsadüf edir, Cavanşir əvvəl sasanilərlə birləşib, ərəblərə qarşı döyüşürdü, sonra sasanilərə qarşı vuruşdu, ərəblərlə birləşdi, sonra massagetlərlə vuruşdu, sonra massagetlərlə qohum oldu və s. Həm də hələ heç məlum deyil ki, Cavanşir onun doğuşdan adı olub, yoxsa sonradan bu adı götürüb. Çünki o vaxt albanlarda belə bir ənənə var idi ki, ölkə başçısı həm də ölkənin dini rəhbəri seçilir və bu zaman istədiyi ikinci bir adı qəbul edə bilirdi. Məsələn 11-ci yüzildə Sünik hökmdarı Qazan xan taxta çıxanda Vasak adını götürmüşdü. Əslində, Vasak – Vağsak, yəni “Böyük Sak” deməkdir. Sonra hakimiyyət Qazan xandan Dərsə xana, başqa sözlə, Vasakidlərdən Orbelianlara keçdi. Bütün bunlar bizim tariximizin açılmamış səhifələridir.

Bir çox tarixçilər şumerlərlə bağlı müxtəlif mülahizələr söyləyir. Bəziləri şumerlərin türk olduğunu deyir. Siz bunu təsdiq edisiniz?

Bu barədə çoxlu tədqiqatlar var. Mən şumerşünas deyiləm, amma akademik Marrın belə bir fikrini dəstəkləyirəm və bütün varlığımla inanıram ki, tarix türkdən başlayır. Həm də bu Türk Altaydan gələn türk deyil, ermənilərin tarixdən alıb təhrif etdikləri Üç dəniz – Göyçə, Van və Urmiya dənizləri (qədimdə böyük göllərə də dəniz//dəngiz deyilirdi) arasında yaşayan Türkdür. Türklər bütün dünyaya, o cümlədən Şumerə buradan yayılmışlar və onların birbaşa varisləri Azər türkləridir. Türkün beşiyi Azərbaycandır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 37075